İyun 09, 2019 17:19 Asia/Baku
  • 22-ci beynəlxalq
    22-ci beynəlxalq "İran Hels" sərgisi işə başlayıb

22-ci beynəlxalq "İran Hels" sərgisi Tehran beynəlxalq sərgisində işə başlayıb. Açılış mərasimində İranın səhiyyə naziri və tibb ləvazimatı istehsalçılarının nümayəndələri iştirak ediblər.

Tibb ləvazimatı istehsalçıları cəmiyyətinin sədri Məcid Ruhi bu gün bu sərginin açılış mərasimində "İran Hels" sərgisində 15 ölkənin ticarət heyətinin iştirak etməsinə işarə edərək, deyib ki, bu il sərgidə daxili istehsalçıların sayı 20 faiz artıbdır.

Ruhi əlavə edib: "İran Hels" tibb təchizatları və ləvazimatları sahəsində ən böyük sərgi sayılır və bu sərginin keçirilməsi hazırkı sanksiyalar şəraiti xüsusiyyət təşkil etməklə ixracatın gücləndirilməsində çox təsirlidir və son dərəcə qənaətbəxş nəticələr verə bilər.

Teqlər

Şərhlər