Aug 10, 2019 21:54 Asia/Baku
  • Cəhannəma/Qolestan vilayətinin zirvəsi
    Cəhannəma/Qolestan vilayətinin zirvəsi

"Qolestanın zirvəsi" kimi tanınan Cəhannəma turist kəndi İranın Qolestan vilayətinin cazibələrindəndir.

Qolestan vilayətinin müxtəlif və gözoxşayan cazibələrinin kənarında Cəhannəma turist kəndi özünü göstərir.

Bu məntəqəyə getmək üçün Qolestanın mərkəzi olan Qorqan şəhərindən Kordkuy şəhrestanına yola düşürük.

Kordkuy şəhrestanına çatandan sonra bu şəhərin "İmam Rza(ə)" parkının meşə yolundan meşə və yamyaşıl Derazno təpələrinə doğru hərəkət edirik.

Elə əvvəldən bu məntəqənin pak təbiətinin gözəl və ürəkoxşayan cilvələri ilə üzləşirik.

Radkan kəndindən keçəndən sonra hündür təpə başında yerləşən və diqqəti cəlb edən kərpic bir bina görünür.

Cəhannəma kəndinin yolunda gözoxşayan cazibədarlıq- "Mile Radkan".

Turizm-yaylaq kəndi Cəhannəma. Son dərəcə pak və əldəyilməmiş bir kənddir. Onda şəhər həyatından əsər-əlamət yoxdur.

Kişi: Bu gözəllikdə bir yer görməmişəm.

Kişi: Təbrik kartına bənzəyir.

Onun yüksəklikləri də idmançılar, xüsusən uçmağa maraq göstərənlər üçün münasibdir.

Cəhannəma məntəqəsində əhali yerli yeməklər və orqanik məhsullarla sizi qarşılayırlar.

Cəhannəma Qolestan vilayətinin zirvəsi kimi də məşhurdur. Çünki onun ən uca yerlərindən Kordkuy, Torkəmən və Qorqan şəhərləri, eləcə də Qorqan körfəzini yaxşı müşahidə edə bilərik. Buradan vilayətin mərkəzi olan Qorqan şəhrestanınadək yüz kilometr məsafə var.

Şərhlər