Sep 09, 2019 20:04 Asia/Baku
  • Hinduların qızılgül nəzri
    Hinduların qızılgül nəzri

Hindistanın Amruhe şəhərində məhərrəm əzadarlığı 500 illik keçmişə malikdir. Bu mərasim Aşura qiyamının amalı və hədəflərini yaşatmaq məqsədilə keçirilir. Hindular məhərrəmin səkkizində İmam Hüseyn(ə) əzadarlarının başları və ayaqlarının altına o qədər qızılgül səpirlər ki, Amruhe şəhərini qızılgül ətrinə bürümüş olurlar.

Hindistan paytaxtından 150 kilometr oyanlıq Amruhe adlı şəhərə çatdıq. On ilə yaxındır ki, şəhər hinduları və sünniləri məhərrəmin ilk on günündə şiələrə əllərindən gələni əsirgəmirlər.

m.k- Amruhe sakit bir şəhərdir. Bütün şəhər sakinləri bir-birilərinin dostlarıdırlar. Hər kəs başqalarının məzhəbinə hörmət edir. Məhərrəm ayının 9-da mağazamın bütün güllərini əzadarların başları üzərinə səpirik.

Əzadarlıq dəstələri keçərkən başlarına qızılgül səpirlər və ayaqlarının altına güldən təşkil olunmuş xalı döşəyirlər.

m.k- Biz hindular İmam Hüseyn(ə)-a hörmət əlaməti olaraq, əzadarları qızılgül ilə qarşılayır və məhərrəm ayı günlərində həmişə şiələrin yanında oluruq.

Bu yüz min nəfərlik şəhərin əhalisinin üçdə biri şiədir. Əhalinin yerdə qalan hissəsini hindular və sünni əhli təşkil edirlər.

Şiələrin İmam Hüseyn(ə) əzadarlığı mərasimini keçirdikləri məhərrəmin ilk on günündə bu şəhər hinduları da əza dəstələri üçün ağ və qızılgüldən ibarət bayraqlar düzəltməklə məşğul olurlar.

m.k- Həmişə əzadarlıq dəstələri keçərkən mən və ailəm İmam Hüseyn aşiqlərinin başları üzərinə gül səpirik.

m.k- Biz hinduların qəlbində İmam Hüseyn məhəbbəti var. Məhərrəm qurtaranda gələn ilin məhərrəm ayının gəlib çatması üçün günləri sayırıq. Biz şiələri və İmam Hüseyni sevirik.

Onlar məhərrəmin hörmətinə şəhər divarı boyunca gül asırlar.

 

 

 

Şərhlər