Sep 20, 2019 19:54 Asia/Baku
  • İranın yığma voleybol komandası Asiya çempionatının final yarışlarına vəsiqə qazandı

İranın yığma voleybol komandası bu gün Cənubi Koreya komandası üzərində qələbə çalaraq Asiya çempion yarışlarının final mərhələsinə vəsiqə qazanıb.

İranın milli voleybol komandası bu gün Tehranın on iki min nəfərlik “Azadi” idman kompleksində keçirilən Asiya çempionatının yarımfinal görüşündə Cənubi Koreya komandasını 3-1 hesabı ilə  məğlub edib.

Bu yarışlarda Şrilanka, Qatar, Çin, Hindistan və Tayvanı məğlub edən və sadəcə Avstraliya qarşısında uduzan İran yığması Asiya çempionatı tarixində özünün 3-cü qızıl medalını qazanmağın bir addımlığındadır.

Bu gün İrana məğlub olan Cənubi Koreya öncəki 6 oyununun hamısını qələbə ilə yekunlaşdırmışdı. 

Yarım final yarışlarının növbəti görüşü bu gün Avstraliya ilə Yaponiya arasına baş tutacaq və beləliklə final yarışda İranın rəqibi müəyyənləşəcək.

Voleybol üzrə iyirminci Asiya çempionatına sentyabrın 13-dən Tehranda start verilib. Bu yarışlar sabah sona çatacaq.

Şərhlər