Oct 04, 2019 21:25 Asia/Baku
  • Abican şokolad sərgisi
    Abican şokolad sərgisi

Kot-d'İvuar və ya Fil Dişi Sahili dünya səviyyəsində kakao istehsalının qırx faizini istehsal edir və bu sahədə ilk yerdə durur. İran özünün inkişaf etmiş şokolad və biskvitqayırma sənayesinə əsasən, Fil Dişi Sahili bazarında bu sahə üzrə rəqabətin məziyyətindən bəhrələnə bilər.

Fil Dişi Sahilində kakao satışı fəslinin başlanması ilə bir zamanda, paytaxt Abicanda daxili istehsalçıların iştirakı ilə milli şokolad və kakao sərgisi keçirilməkdədir. Sərgidə xam məhsullar və istehsal edilmiş və məmulatlar təqdim olunur. İran biskviti ilə tanışlığı olan Fil Dişi Sahilinin nümunəvi şokolad ustası iranlı investorlardan istəyibdir ki, bu ölkəyə sərmayə yatırsınlar.

Müsahibə: İranda biskivitin geniş satışının dəlalət etdiyi imkanlarına görə, iranlıları vasitəsiz şəkildə bu bazarda iştiraka dəvət edirik.

Kakao emalı da daxil olmaqla Fil Dişi Sahilində investisiya bazarı bu ölkənin başçılarının tam rəğbəti ilə müşayiət olunur. Fil Dişi Sahili Qəhvə və Kakao Şurasının bildirdiyinə görə, ölkədə emal üçün hər il 555 min ton kakao məhsulu istehsal olunur.

Müsahibə: Fil Dişi Sahilindəki kakao emalı sənayesi hələ naşıdır. İranlıların gəlmələri və öz yerlərinə mailik olmaları mühüm bir məsələdir.

Fil Dişi Sahili dünya səviyyəsində kakao istehsalının qırx faizini istehsal edir və son illərdə kakao emalı sahəsində əldə edilən irəliləyişlərlə şokolad və kakao üçün çox münasib bir investisiya zəmini sayılır..

 

 

Şərhlər