Səudiyyə Ərəbistanı Ronaldaya yalvarmağa başladı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i420431-səudiyyə_Ərəbistanı_ronaldaya_yalvarmağa_başladı
Kriştiano Ronaldo son iki ildə heç bir kubok qazana bilmədiyi üçün Əl-Nəsr klubundan ayrılmaq və Səudiyyə Ərəbistanını tərk etmək qərarına gəlib.
(last modified 2025-05-30T10:43:43+00:00 )
May 30, 2025 10:42 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Ronaldaya yalvarmağa başladı

Kriştiano Ronaldo son iki ildə heç bir kubok qazana bilmədiyi üçün Əl-Nəsr klubundan ayrılmaq və Səudiyyə Ərəbistanını tərk etmək qərarına gəlib.

Onun ölkədə qalmasını təmin etmək məqsədilə danışıqlar Səudiyyə rəhbərliyinin yüksək səviyyələrinə qədər çatıb.

Səudiyyə nəşri Əl-Şərq yazır ki, Əl-Hilal klubu Ronaldonu transfer etmək üçün Səudiyyə İnvestisiya Fondundan 400 milyon dollarlıq büdcə istəyib.

Hazırda fondun rəsmiləri Ronaldonu Əl-Hilal və ya Əl-Əhli komandasında saxlamaq üçün intensiv danışıqlar aparır.