Oct 07, 2019 09:20 Asia/Baku
  • Mançesterdə Hüseyn(ə) coşqusu
    Mançesterdə Hüseyn(ə) coşqusu

İmam Hüseyn(ə) ərbəini ərəfəsində dünən Britaniyanın Mançester şəhərinin mərkəzi küçələrində müsəlmanlar yürüş keçirərək şəhidlərin ağası, şiələrin 3-cü imamı həzrət İmam Hüseynə(ə) öz sevgi və məhəbbətlərini nümayiş etdiriblər.

İRİB-in verdiyi məlumata görə, əllərində İmam Hüseynin(ə) və o həzrətin vəfalı köməkçilərinin mübarək adları yazılmış bayraqlar daşıyan Hüseyn aşiqləri Mançester şəhərinin islami mərkəzi qarşısına toplaşdıqdan sonra şəhərin mərkəzinə doğru yürüş keçiriblər. 

Yürüşçülər sonra şəhərin əsas meydanlarından birində mitinq təşkil ediblər, natiqlər və Əhli-beytin(ə) məddahları İmam Hüseynin(ə) qiyamı və o həzrətin məzlumluğu barədə çıxışlar edib, növhələr oxuyublar. 

Müsəlman gənclər də qızıl güllər, İmam hüseynin(ə) dəyərli kəlamlarından nümunələr, eləcə də Aşura hadisəsindən qısa şərhləri paylayaraq, yürüşü kənardan izləyən yüzlərlə insana bu yürüşün fəlsəfəsini izah ediblər. 

Britaniyada məhdudiyyətlərə görə, bu ölkədə İmam Hüseyn(ə) ərbəini mərasimi ərbəin gününə ən yaxın olan rəsmi tətil günlərindən birində keçirilir. 

 

Şərhlər