Oct 10, 2019 10:31 Asia/Baku
  • Ümumdünya yumurta günü
    Ümumdünya yumurta günü

Oktyabrın doqquzu, ümumdünya yumurta günü adlandırılıb. Ümumdünya yumurta gününün builki şüarı belədir: Hər sağlam insan, gündə bir yumurtadır.

Yumurta, sağlam qidalanmada süddən sonra ikinci yerdə durur. Yumurta proteinli qidaların ən mükəmməli, ən ucuzu və ən çox tapılanıdır.

Yumurtanın proteini mükəmməl və cəzbolunandır. Yumurta insan bədəninə lazım olan zəruri amin turşularının maksimum miqdarına və yüksək cəzbolunma faizinə malikdir.

Yumurtanın proteini onun həm ağında, həm də sarısında mövcuddur və müvafiq olaraq, altmış və qırx faiz miqdarındadır.

Yumurtanın yüksək keyfiyyətinə görə, bu maddə xüsusən səhər yeməyi kimi istifadə olunarkən tox olmaq hissini yaratmaq sahəsində mühüm rol oynayır. Bu üzdən, çəkinin azalmasına səbəb olur, zira toxluq hissini təlqin etməkdən əlavə, çox az miqdarda kalori istehsal edir.

Şərhlər