Okt 12, 2019 20:41 Asia/Baku
  • İran taekvondosu Pakistanda
    İran taekvondosu Pakistanda

İranın tanınmış taekvondo məşqçisinin iştirakı ilə İslamabadda pakistanlı məşqçilərin təlim kursu keçirilməkdədir. İran taekvondosu dünyada xas yerə və etibara malikdir.

Görkəmli iranlı məşqçinin qatıldığı pakistanlı taekvondo məşqçiləri üçün təlim kursu.

Ölkəmizin tanınmış məşqçisinin iştirakı ilə Pakistanın paytaxtında bu ölkə məşqçiləri üçün yeddigünlük təlim kursu keçirilməkdədir.

Polkovnik Vəsim - Pakistan Taekvondo Federasiyasının sədri: Bu kursun keçirilməsində məqsəd, iranlı məşqçinin təcrübəsindən istifadə edərək, Pakistan daxilində məşqçilər yetişdirməkdir.

Səba Şəmim Jadvun - Pakistan Qadınlarının Taekvondo Federasiyasının sədri: Pakistan qadın məşqçilərinin otuz faizi bu kursda iştirak edir.

Kurs Pakistan Milli Olimpiya Komitəsinin xahişi ilə Beynəlxalq Olimpiya Komitəsi və Ümumdünya Taekvondo Federasiyası tərəfindən mübarizə və pumse bölmələrində keçirilir. Kursda məqsəd, Pakistanda taekvondo məşqçilərinin texniki və təlim bacarıqlarını artırmaqdır.

Hafez Məhdəvi - İrandan olan taekvondo üzrə beynəlxalq dərəcəli usta: İran taekvondosu dünyada bir markadır. İran komandasının iştirak etdiyi hər bir turnirin etibarı artır. Əslində iştirakçıların iranlı taekvondoçuların qatıldıqları turnirlərə stimulu və marağı yüksəkdir.

Bu kursda pakistanlı məşqçilərə taekvondo sahəsindəki son nailiyyətlər, həmçinin Ümumdünya Taekvondo Federasiyasının qaydaları barədə nəzəri və praktik məlumatlar veriləcək.

Morteza Həsən Bengəş - Pakistan Taekvondo Federasiyasının vitse-prezidenti: İran taekvondo sahəsində qabaqcıl ölkələrdən biridir.

İranlı məşqçinin bu kursda qüdrətli iştirakı İran taekvondosunun beynəlxalq səhnələrdəki yüksək etibarından xəbər verir.

Bu kursun sonunda Beynəlxalq Olimpiya Komitəsinin təsdiqi ilə məşqçilərə beynəlxalq səviyyəli sertifikatlar verilməlidir.