Nov 05, 2019 20:24 Asia/Baku
  • İranlı tədqiqatçı Nürnberq sərgisinin mükafatçısıdır
    İranlı tədqiqatçı Nürnberq sərgisinin mükafatçısıdır

İranlı tədqiqatçı yağlı qara ciyərin müalicəsi üzrə bitki dərmanı, həmçinin dərini cavanlaşdıran trombosit bitki kremi düzəltdiyinə görə, Almaniyanın Nürnberq sərgisinin münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

İranda xalq təbabəti üzrə mütəxəssis Həmidullah Əfrasiyabiyan öz məhsulları haqda deyib ki, dərini cavanlaşdıran trombosit, bitki qan trombositlərinin dəriyə daha münasib sızma yolunu yaradır və dərinin cavanlaşmasına səbəb olur.

Əfrasiyabiyan bildirib ki, qara ciyər iltihabının aradan qaldırılması və qara ciyərdəki artıq yağn yığılması üzrə bitki dərmanı növünü də işləyib hazırlayaraq, istehsal edibdir.

O, əlavə edib: Mütəxəssislərin sözlərinə görə, indiyədək yağlı qara ciyətin müalicəsi üçün heç bir kimyəvi dərman istehsal olunmayıb, amma bir neçə illik fəaliyyət nəticə verdi və nano texnologiyası və üç bitki ekstraktı tərkibi ilə bu dərman istehsal edildi.

 

 

Şərhlər