Yan 16, 2020 10:12 Asia/Baku
  • İdmanın alternativi- zülal!
    İdmanın alternativi- zülal!

Amerikanın Miçiqan Universitetindəki tibb elmləri tədqiqatçıları yeni bir kəşf ediblər. Bu kəşfə əsasən, bir seans idmanla məşğul olmağın bütün faydalarını insana bağışlaya bilən bir zülal mövcuddur.

Hər bir idman növü, o cümlədən gimnastika klubunda sürətli yol yerimək sizin bədəninizə müsbət təsir göstərir, lakin görəsən, əzələləri hərəkətə gətirmədən idmanın faydalarını bədənə hədiyyə etmək olarmı? Hazırda Miçiqan Universitetinin tədqiqatçıları kəşf ediblər ki, “Sestrin” zülalı idmanın faydalarını siçan və milçəkdə təqlid edə bilər. Bu tapıntılar həmçinin tədqiqatçılara qocalmağa və ya digər zəiflik dəlillərinə görə, əzələlərin boşalması ilə mübarizə aparmaq imkanı verir.

Tədqiqatçılar deyirlər ki, bəlkə də bir gün “Sestrin”ə malik olan təkmilləşdiricilər düzəltməklə idmanın boş yerini doldurmaq mümkün olsun. Lakin problem burdadır ki, bu zülalın molekulu böyükdür və onun kiçik formatda olan molekulları düzəldilməlidir ki, onlardan mükəmməl istehsal üçün bəhrələnmək mümkün olsun. Digər bir problem isə budur ki, hələ tədqiqatçılar hansı idman növünün “Sestrin”i istehsal etdiyini bilmirlər.

 

Şərhlər