Mart 02, 2020 08:54 Asia/Baku
  • Dünyanın ən güclü əlil adamı vəfat etdi

Paralimpiya üzrə superağır çəkili ştanqist, dünyanın ən güclü əlil adamı, iranlı idmançı Siyamənd Rəhman dünyasını dəyişib.

İranın Qərbi Azərbaycan vilayətinin Oşnəviyye bölgəsinin İdman və Gənclər İdarəsinin müdiri Rəhim Teymuri deyib ki, dünyanın superağır çəkili ən güclü adamı Siyamənd Rəhman bazar günü axşam ürək dayanması nəticəsində öz mənzilində vəfat edib.

Siyamənd Rəhman Rio-de-Janeyroda keçirilən 2016-ci il paralimpiya oyunlarında 310 kiloqramlıq ağırlığı qaldıraraq, tarixdə yeni səhifə açdı və öz adını dünyada həmişəlik olaraq, qeydə aldırdı.

2012-ci il London və 2016-cı il Rio paralimpiya oyunlarında iki qızıl medal, eləcə də dünya çempionatı yarışlarında beş qızıl və bir gümüş medal, həmçinin 2010-cu il Quançju, 2014-cü il İnçeon və 2018-ci il Cakarda parasiya oyunlarında üç qızıl medal Siyamənd Rəhmanın iftixarlarındandır.

Allah Rəhmət Eləsin!

DÜNYANIN ƏN GÜCLÜ ƏLİL ADAMI VƏFAT ETDİ

Şərhlər