Avq 11, 2020 15:33 Asia/Baku
  • Putin:

Rusiya prezidenti bu gün bu ölkə istehsalı olan koronavirusa qarşı peyvəndin lisenziyasını rəsmən imazalayaraq, onun ümumi istifadəsini qanuni edib.

SəhərAzəri xəbər verir, Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin deyib: "Rusiya dünyada COVİD-19-a qarşı peyvənd hazırlayan ilk ölkədir".

Rusiyada COVİD-19-a qarşı ilk vaksin Qamaliya adlı tədqiqat institutut və Rusiyanın Müdafiə Nazirliyinin birgə səyləri ilə istehsal edilib və onun kliniki sınaqlarına 18 iyun tarixindən baılanılıb və sınaqda iştirak edən bütün 38 könüllüdə bu xəstəliyə qarşı immunitet formalaşıb.

"Assiciated Press"-in Moskva bürosunun məlumatına görə, Rusiya prezidenti Vladimir Putin koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. 

Putin həmçinin, qızlarından birinin sınaqlarda iştirak etdiyini və COVID-19-a qarşı peyvəndi vurdurduğunu bildirib.

Rəsmi Moskva indiyə kimi 20 ölkədən ümumilikdə bir milyard dozada Rusiya istehsalı olan vaksinin alınması ilə bağlı müraciətlərin daxil olduğunu bildirib.

Teqlər

Şərhlər