Sen 12, 2020 19:20 Asia/Baku
  • İslam dünyanın ən böyük dininə çevriləcək - Yarım əsr sonra

21-ci əsrin ikinci yarısında İslam dini dünyanın ən çox ardıcılı olan dininə çevriləcək. 

Səhər Azəri bildirir ki, İslam dini 2060-cı ilə kimi dünyanın ən böyük dininə çevriləcək. 

Əl-Xəlic Əl-Cədid portalının yaydığı məlumata görə, 2015-ci ildə dünyada müsəlmanların sayı 1.8 milyard idisə, bu rəqəm 2060-cı ildə 3 milyarda çatacaq. Bununla da İslam dini dünyada ən çox davamçısı olan dinə çevriləcək. 

Beynəlxalq müəssisələrin araşdırmalarına əsasən müsəlmanlar arasında artım tempini nəzərə alaraq, 21-ci əsrin ikinci yarısında müsəlmanların sayı xristiyanları üstələyəcək və İslam dini dünyanın birinci dininə çevriləcək. 

Teqlər

Şərhlər