Avq 13, 2020 22:40 Asia/Baku
  • BƏƏ və sionist rejim arasında biabırçı razılaşma əldə edilib

Sionist rejim və ərəb mediaları bu rejim və BƏƏ arasında Donald Trampın məsləhətləşmələri fonunda münasibətlərin normallaşdırılmasına dair tarixi razılaşmanın əldə edilməsindən xəbər veriblər.

SəhərAzəri İRİB-ə istinadla xəbər verir ki, Donald Trampın sionist rejim ilə BƏƏ arasında münasibətlərin normallaşdırılması üçün amansız səyləri nəticəsində tərəflər diplomatik əlaqələri tam normallaşdırımağa dair razılığa gəliblər. 

Sionist rejim avqustun 13-də bir bəyanat yayarq, tarixi bir razılaşmanın əldə edilməsindən xəbər verib, hansı ki, ona əsasən, Əbu-Dabi və Təl-Əviv arasında diplomatik əlaqələr tam normal vəziyyəti təcrübə edəcəkdir.

ABŞ prezidenti Donald Tramp bu razılaşmanın əldə edilməsində həlledici rol oynayıb.

Razılaşmaya əsasən, sionist rejim və BƏƏ-nin nümayəndə heyətləri növbəti həftələrdə bir-birləri ilə görüşərək, terrorizm, təhlükəsizlik, investisiya qoyuluşu, birbaşa reyslərin təşkili, səhiyyə, enerji, texnologiya, telekommunikasiya, ətraf mühit və digər sahələr üzrə müqavilə imzalayacaqlar.

Sözü gedən razılaşmanın digər vacib bəndlərindən biri səfirliklərin açılması məsələsidir. Həmçinin bu razılaşma çərçivəsində sionist rejim və BƏƏ arasında koronavirusla mübarizə sahəsində əməkdaşlıqlar genişləndiriləcək.

 

Teqlər

Şərhlər