Sen 10, 2020 15:43 Asia/Baku
  • İsrail rejimin baş prokuroru Benyamin Netanyahunu  kənarlaşdıra bilər

Sionist rejimin baş prokuroru, Netanyahunun vəzifələrini yerinə yetirmək iqtidarında olmadığını və onu sionist rejimin baş naziri vəzifəsindən istefa verməyə vadar eləmək məcburiyyətində qala biləcəyini bəyan edib.

SəhərAzəri İranın “Gənc Reportyorlar Klubu”na istinadla xəbər verir ki, sionist rejimin baş prokuroru Avixai Mandelblit bu rejimin məhkəmə təşkilatının yüksək səviyyəli rəsmiləri ilə bir neçə dəfə Benyamin Netanyahunun vəzifə səlahiyyətlərini yerinə yetirə bilməməsi barədə görüş keçirib.

Baş prokuror elan edib ki, bəlkə də Benyamin Netanyahunu sionist rejimin baş naziri vəzifəsindən istefa verməyə vadar eləmək məcburiyyətində qalacaqdır.

“Haarets” qəzeti yazıb: “Mandelblit hesab edir ki, Benyamin Netanyahunun məhkəmə təşkilatına, baş prokurora və polisə davamlı hücumları, onun vəzifə səlahiyyətlərini yerinə yetirməkdən aciz qaldığını açıq-aydın şəkildə göstərir və əgər sübut olunarsa ki, o öz mövqeyindən korrupsiya işlərinin araşdırılması gedişastında məhkəmə sisteminə zərbə vurmaq üçün istifadə edir, çox ehtimal ki, onu istefaya getməyə vadar edəcəkdir”.

Bundan əvvəl  Yair Lapid Knessetdə Azlıq təşkil edən Yeş Adit partiyasının lideri Benyamini üzr istəməyə və istefaya getməyə çağırıb.

Sionist rejimin baş prokuroru Benyamin Natanyahunun məhkəmə sistemi rəsmilərinin siyasi motivləri ilə bağlı söylədiklərini yalana və asassız olduğunu və qanunu icra edən orqanın imicinə zərbə vurmaq xarakteri daşıdığını bildirib.

Sionist rejimin baş naziri son həftələrdə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadəyə dair cinayət işində  irəliləyişlərlə bağlı deyib ki, baş prokurorun yüksək vəzifəli rəsmiləri qəsdən təhqiqatı dayandırıb

 

 

Teqlər

Şərhlər