Sen 23, 2020 11:07 Asia/Baku
  • Həmas Küveytin İsrail ilə sazişə qarşı mövqeyini alqışladı

"Küveytin mövqeyi BƏƏ və Bəhreyn hökmranlarına vurulan şapalaq idi"

Səhər Azəri bildirir ki, bunu Həmas-ın rəhbər üzvlərindən biri bəyan edib.

Həmas-ın məsul şəxslərindən biri Küveytin sionist rejimlə əlaqələrin adiləşdirilməsilə müxalifət etməsini Əbu-Dəbi və Manama hökmranlarına, eləcə də Təl-Əvivlə saziş etmiş bütün kəslərə vurulan şapalaq adlandırıb.

Küveytin nazirlər kabineti Donald Trampın bu ölkənin sionist rejimlə sazişi ehtimalına dair iddiasının əksinə olaraq, Küveytin Fələstin xalqının seçimlərinə dəstək istiqamətindəki mövqeyinə təkid edibdir.

İsmail Rizvan deyib ki, Küveytin hökuməti və xalqı bu mövqeyi bildirməklə Amerika prezidenti Donald Trampa və sionist rejimlə münasibətləri adiləşdirməyə üz tutan ölkələrə güclü cavab verdi və Fələstin məsələsini əsas bir məsələ adlandırdı.

Rizvan ərəb hökmranlarını Küveytdən nümunə götürməyə çağırıb və Fələstin muxtariyyətinin Ərəb Liqası Şurasının sədrliyindən vaz keçməsinə dair mövqeyini də alqışlayıbdır.

Fələstin muxtariyyətinin xarici işlər naziri Riyad Əlmaliki bu muxtariyyətin, hazırkı dövrdə Ərəb Liqası Şurasının sədrliyindən vaz keçməsinə dair qərarından xəbər verib.

Əmirliklər və Bəhreynin sionist rejimlə münasibətləri adiləşdirmələrinin ardınca Ərəb Liqası öz iclasında Fələstinin, bu rejimlə əlaqələri adiləşdirməklə müxalifət istiqamətində irəli sürdüyü layihəsini qəbul etmədi.

Teqlər

Şərhlər