• İran xalqının 22 bəhmən yürüşündə əzəmətli iştirakı
    İran xalqının 22 bəhmən yürüşündə əzəmətli iştirakı

İran xalqı paytaxt Tehran başda olmaqla bu gün mindən çox şəhər və qəsəbədə İslam İnqilabının qələbə çalmasının ildönümü yürüşündə milyonluq iştiraka malik olub.

Tarix :     11-02-2018

--------------------------------------------------------------------------------

22 bəhmən yürüşü müxtəlif təbəqədən olan insanların və ölkə rəsmilərinin iştirakı ilə İranın şimal-şərqində yerləşən MƏşhəd şəhərində başlanıb. Yürüş iştirakçıları bu milli bayramda əllərində İran bayrağını, İmam Xomeyni(r.ə) və İslam İnqilabının Böyük Rəhbərinin fotoşəkillərini daşıyaraq, Allahu Əkbər, Ameikaya ölüm, İsrailə ölüm şüarları veriblər.

Qum şəhəri əhalisi də təqlid mərcələri, ruhanilər və dini elmlər mədrəsəsi tələbələri habelə, yerli rəsmilərin iştirakı ilə 22 bəhmən yürüşündə iştirak edib, Allahu Əkbər, müstəqillik, azadlıq, İslam respublikası şüarları veirb, İslam Quruluşunun ideyalarına sadiq qaldığını vurğulayıb, ABŞ və Qərbin İrana qarşı təhdidlərini məhkum ediblər.

Kermanşah ostanındakı şiə və sünni əhali də 22 bəhmən yürüşündə geniş iştiraka malik olub. Əllərində İran bayrağını daşıyan insanlar Amerikaya ölüm, İsrailə ölüm şüarları verib, İslam İnqilabı düşmənləri qarşısında öz birlik və həmrəyliklərini nümayiş etdiriblər.

İsfahan əhalisi də İslam İnqilabının qələbə çalmasının ildönümü yürüşündə Allahu Əkbər, Xamnei Rəhbər, Amerikaya ölüm, İsrailə ölüm şüarları verərək, hegemonçuluq quruluşu və tərəfdarları əleyhinə öz nifrət və qəzəblərini aşkar ediblər.

İranın digər şəhərlərində də insanlar 22 bəhmən yürüşlərində iştirak edərək, bir səslə müstəqillik azadlıq və İslam Respublikası şüarlarını fəryad ediblər.

 

 

Feb 12, 2018 06:26 Asia/Baku
Şərhlər