Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın səadətli mövlud gününü təbrik edirik
https://azeri.sahartv.ir/news/münasibət-i320910-həzrət_İmam_Əli_Əl_nəqi(ə)_ın_səadətli_mövlud_gününü_təbrik_edirik
Bu gün, 1439-cu hicri qəməri ili, zilhəccə ayının 15-i və 2018-ci milad ili avqustun 27-si, dünya şiələrinin onuncu imamı, Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın səadətli mövlud günüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2018 02:32 Asia/Baku
  • Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın səadətli mövlud gününü təbrik edirik
    Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın səadətli mövlud gününü təbrik edirik

Bu gün, 1439-cu hicri qəməri ili, zilhəccə ayının 15-i və 2018-ci milad ili avqustun 27-si, dünya şiələrinin onuncu imamı, Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın səadətli mövlud günüdür.

İmam Əli Əl-Nəqi(ə) 212-ci hicri qəməri ilində Mədinə şəhərinin yaxınlığında yerləşən bir məkanda dünyaya göz açdı.

O həzrət möhtərəm atası, dünya şiələrinin doqquzuncu imamı, İmam Muhəmməd Təqi(ə)- Cəvaduləimmənin şəhadətindən sonra müsəlmanların rəhbərliyi məsuliyyətini öz üzərinə götürdü.

İmam Əli Əl-Nəqi(ə)-ın məşhur ləqəblərindən olan Hadi, hidayət edən, istiqamət verən mənasını daşıyır.

İmam Hadi(ə) əsl İslamın nur saçan simasının təqdimatında böyük səylər göstəribdir.

O həzrət müxtəlif dini, fikri və ya ictimai məsələlər barədə bəhs üçün çoxlu sayda iclaslar keçirib və bu iclaslarda irəli sürülən suallar və şəkk-şübhələri cavablandırıbdır.

İslami İranın mömin xalqı Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın səadətli mövlud gününün ildönümündə müqəddəs məkanlar, məscidlər, küçə və prospektlərdə olaraq, şənliklər keçirir.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət İmam Əli Əl-Nəqi(ə)-ın mövlud gününün gəlib çatması münasibətilə dünyadakı bütün müsəlmanları və digər azadlıqsevərləri təbrik edir.