• İranda Hüseyn(ə) tasuası qeyd olunur
    İranda Hüseyn(ə) tasuası qeyd olunur

İslami İran Hüseyn(ə) tasuası günündə matəm içindədir.

Bu gün çərşənbə 1440-cı hicri qəməri ili 9 məhərrəm (19 sentyabr 2018) Hüseyn (ə) Tasuasıdır.

Hüseyn (ə) Tasuasında  İmam Hüseyn (ə) və o həzrətin əhli-beytinin milyonlarla aşiqi İranın hər bir yerində matəm mərasimləri təşkil edərək Kərbəla çölünün bayraqdarını xatirəsini əziz saxlayır. 

İRİB-in verdiyi məlumata görə, uşaqlardan tutmuş yaşlılaradək bütün yaş qruplarını əhatə edən əzadar heyətlər zəncir və sinə vuran dəstələrə ayırılaraq küçələr, məscidlər, təkyələr və hüseyniyələrə toplaşır və seyyidəşşühədanın(ə) və onun vəfalı koməkçilərinin xatirəsini yad edərək imam Hüseynin(ə) hərəkatının mesajını təkrarlayırlar. 

İranın mömin xalqı hüseyniyyələr, məscidlər, Məşhəddə şiələrin 8-ci imamı Həzrət İmam Rza (ə), Qumda Həzrət Məsumənin (s.ə) pak ziyarətgahlarında əzadarlıq etməkdədir. 

Kərbəla hadisəsindən, İmam Hüseyn (ə) və vəfalı sirdaşlarının şəhadətindən əsrlər keçsə də, bu hadisənin əhəmiyyəti əsla azalmamış, üstəlik zaman keçdikcə Aşura və əzadarlıq mərasimlərinin müraciəti daha artıq şəkildə dərk olunur. 

Məhərrəm ayının 10-u Şəhidlər Sərvəri İmam Hüseynin (ə) şəhadətinin ildönümü günüdür. İmam Hüseyn (ə) 61-ci hicri qəməri ili məhərrəm ayının onunda Kərbəlada 57 yaşında şəhid edildi.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Hüseyn (ə) Tasuası və Aşurasının gəlib çatması ilə bağlı bütün müsəlmanlar, xüsusilə də şiələr və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir. 

Teqlər

Sep 19, 2018 13:03 Asia/Baku
Şərhlər