Oct 28, 2019 20:52 Asia/Baku
  • İmam Rza(ə)-ın şəhadəti münasibətilə başsağlığı veririk
    İmam Rza(ə)-ın şəhadəti münasibətilə başsağlığı veririk

Sabah, 1441-ci hicri qəməri ili səfər ayının otuzu, 2019-cu il oktyabrın 29-u, dünya şiələrinin səkkizinci imamı, İmam Rza(ə)-ın şəhadətinin ildönümü günüdür.

Həzrət İmam Rza(ə) 148-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açıb və 203-cü hicri qəməri ili səfər ayının sonuncu günündə şəhid olub.

Həzrət İmam Rza(ə)-ın həyatı və imamlığı dövrü xalqın paklıq Əhli-Beyti(ə)-a təmayülünün yüksəldiyi və Əhli-Beyti(ə) xanədanının bazalarının genişləndiyi dövrə təsadüf edir.

Xalqın dünya şiələrinin səkkizinci imamı(ə)-a meylinin yüksəlməsilə Abbasi xəlifəsi Məmun fitnəkarlıqla o həzrəti zəhərləndirərək, şəhid etdi.

Dünya şiələrinin səkkizinci imamının pak hərəmini ziyarət etmək üçün üç milyon 340 min zəvvar Məşhəd şəhərinə daxil olubdur.

İranlı zəvvarlardan əlavə, müxtəlif ölkələrdən olan zəvvarlar da Məşhəd şəhərinə səfər ediblər.

 

Teqlər

Şərhlər