Nov 05, 2019 20:24 Asia/Baku
  • İmam Həsən Əsgəri(ə)-ın şəhadəti ilə bağlı başsağlığı veririk
    İmam Həsən Əsgəri(ə)-ın şəhadəti ilə bağlı başsağlığı veririk

Sabah, rəbiuləvvəlin səkkizi, şiələrin on birinci imamı Həzrət İmam Həsən Əskəri(ə)-ın şəhadətinin ildönümü günüdür.

İmam Zaman(ə)-ın möhtərəm atası, Həzrət İmam Həsən Əskəri(ə) 232-ci hicri qəməri ilində Mədinə şəhərində anadan olub.

O və atası, İmameyn Əskərieyn adlandırılırlar, zira yaşamağa məcbur olduqları Samirra şəhəri əslində bir hərbi düşərgə idi.

O, ömürünün böyük bir hissəsini ev dustağı vəziyyətində keçirdi.

İmam Həsən Əskəri(ə) möhtərəm atası, Həzrət İmam Hadi(ə)-ın şəhadətindən sonra müsəlmanların rəhbərliyini üzərinə götürdü.

Bu böyük imam özünün elm və bilik məktəbində fəzilətli alimlər yetişdirdi.

İmam Həsən Əskəri(ə) nəhayət 260-cı hicri qəməri ilində, Mutəmid Əbbasinin xilafəti dövründə 28 yaşında Samirrada şəhid edildi.

İran İslam Respublikasının TeleRadio Təşkilatı İmam Həsən Əskəri(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə əziz İslam Peyğəmbəri(s.ə)-ın Əhl-Beyti(ə)-ın tərəfdarlarına başsağlığı verir.

 

 

Şərhlər