Yan 27, 2020 07:51 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə.) əzadarlığı mərasiminin ilk gecəsi keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə.) əzadarlığı mərasiminin ilk gecəsi keçirilib

İslam İnqilabının Böyük Rəhbəri və İranın bir qrup məsul şəxsinin, eləcə də xalqın müxtəlif təbəqələrindən minlərlə nəfərin  iştirakı ilə Həzrət Fatimeyi-Zəhra(s.ə.) əzadarlığı mərasiminin ilk gecəsi keçirilib.

Bu mərasimdə höccətulislam vəlmuslimin Kazem Seddiqi bir çıxışda Həzrət Fatimeyi-Zəhra(s.ə.) daxil olmaqla Əhli-Beyt(ə)-ın mərifətini o böyük şəxsiyyətlərin yolunu getməyə və onları sevməyə lazım olan məsələ adlandırıb. O, deyib: İslamın o böyük qadınının ən mühüm fəziləti, əsl ibadət və fədakarlıqla vilayətin haqqını yerinə yetirmək idi və bu nurlu məktəbin şəhid Soleymani kimi yetişdirmələri də nəfəslərinin son anınadək ibadət və vilayətə tabe olmaqla iftixar edirlər.

Bu mərasimdə habelə Əhli-Beyt(ə) mədhiyyəçisi Həzrət Siddiqeyi-Kubra(s.ə)-nın müsibətlərinə növhələr oxuyubdur.

Fatimiyyə günlərilə bir vaxtda Tehranda yerləşən İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Həzrət Zəhra(s.ə.) əzadarlığı mərasimi yanvarın 26-sı gecədən başlanıb.

2020-ci il yanvarın 29-u, 1441-ci hicriye-qəməri ili cəmadiussani ayının üçü, Böyük İslam Peyğəmbəri(s.ə)-ın əziz qızı və dünya şiələrinin birinci imamı, əmirəlmöminin Həzrət Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-ın şəhadətinin ildönümü günüdür.

 

 

Şərhlər