Yan 29, 2020 13:48 Asia/Baku
  • İran xalqı əzadarlıq edir
    İran xalqı əzadarlıq edir

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bir zamanda bütün İslami İranda xalq Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, əmirəlmöminin Həzrət Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı üçün əzadarlıq edir.

Bu gün, 2020-ci milad ili yanvarın 29-u, 1441-ci hicriye-qəməri ili cəmadiussani ayının üçü, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.

Paklıq Əhli-Beyti(ə)-ı sevərlər məscidlər, hüseyniyyələr, dini məkanlar, həmçinin müqəddəs Məşhəd şəhərində yerləşən dünya şiələrinin səkkizinci imamı, Həzrət İmam Rza(ə)-ın və Qum şəhərində yerləşən Həzrət Məsumə(s.ə)-nın ilahi ziyarətgahlarında olaraq, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in əziz qızının məzlumcasına şəhadətinin matəm mərasimində göz yaşları axıdıblar.

Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın bütün həyatı insani və nümunəvi rəftarlar, həmçinin yüksək əxlaqi keyfiyyətlərlə doludur. İmam Əli(ə) ilə ailə quran Həzrət Fatimeyi-Zəhra(s.ə.) həyat yoldaşı və ana olmaqda dünya xalqları üçün bir nümunədir.
Həzrət Fatimeyi-Zəhra(s.ə.) on səkkiz il ömür sürdükdən sonra o zamanın hökmranlarının çoxlu sayda zülmləri, həmçinin atası- Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı ilə bağlı qəm-kədər nəticəsində, rəvayətə görə, 11-ci hicri qəməri ili cəmadiuləvvəl ayının 13-də və ya cəmadiussani ayının üçündə şəhid oldu.


 

 

 

Şərhlər