Mart 08, 2020 10:29 Asia/Baku
  • Həzrət Əli (ə)-ın mövludunun ildönümü günü mübarək!
    Həzrət Əli (ə)-ın mövludunun ildönümü günü mübarək!

İslami İran dünya şiələrinin birinci imamı, Həzrət Əli (ə)-ın səadətli mövludunun ildönümü günündə şadlıq içindədir.

Bu gün, 1441-ci hicri qəməri ili, rəcəb ayının 13-ü, 2020-ci il martın 8-i, dünya şiələrinin birinci imamı Həzrət Əmirəlmöminin Əli (ə)-ın səadətli mövludunun ildönümü günüdür.

Həzrət Əli İbn Əbitalib (ə) Kəbə evində dünyaya göz açdı və yeniyetməlik dövründən əziz İslam Peyğəmbəri (s.ə.s)-in yanında böyüdü.

Həzrət Əli (ə) İslam dininə iman gətirən ilk şəxs olub və İslam dininin əziz İslam Peyğəmbəri (s.ə.s.) tərəfindən təbliği və yayılmasının bütün mərhələlərində Həzrət Muhəmməd (s.ə.s)-ın əsas köməkçisi sayılırdı. 

İran İslam Respublikasının təqvimində dünya şiələrinin birinci imamının mövludunun ildönümü günü "Atalar Günü" adlandırılıbdır.

"Səhər" beynəlxalq telekanalının Azəri kanalı Həzrət Əli (ə)-ın mövludunun ildönümü günü münasibəti ilə dünya müsəlmanlarıni təbrik edir.

 

HƏZRƏT ƏLİ(Ə)-IN MÖVLUDUNUN İLDÖNÜMÜ GÜNÜ MÜBARƏK!

Şərhlər