Mart 30, 2020 20:17 Asia/Baku
  • 12 fərvərdin, İran İslam Respublikası günüdür

Sabah, İran İslam Respublikası günü, böyük İran xalqının islami izzətin reallaşması və ölkənin taleyinin xalqın əli ilə təyin edilməsi üzrə istəyi və iradəsinin həyata keçdiyi gündür.

İslam İnqilabının İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə zəfər çalmasından sonra 1358-ci günəş ilinin fərvərdin ayının 12-də bütün ölkədə İslam Respublikası üzrə referendum keçirildi.

Referendumun nəticələrinə əsasən, referendumda iştirak etmək şəraitinə malik olanların 98 faizindən çoxu İslam Respublikasının qurulması ilə razılaşdı.

Bu münasibətlə İran təqvimində 12 fərvərdin, İslam Respublikası günü adlandırılıbdır.

İran xalqı 1358-ci günəş ilinin fərvərdin ayının 12-də müqəddəs İran İslam Respublikası quruluşunun tarixində ilk seçki kimi referendumdakı öz təyinedici iştirakıi ilə bütün dünyaya göstərdi ki, əcnəbilərin İran xalqı üçün qərar çıxarmaq və onun işlərinə qarışmaq dövrü arxada qalıbdır.

Həmçinin İran İslam İnqilabı yeni bir diskursla, zülm çəkmiş xalqların kapitalizm quruluşunun istismarı və müstəmləkəçiliyindən xilas olmaları və azadlığa çıxmaları müjdəsini verdi və dünya məzlumları və məhrumlarına bir arxa oldu.

İran İslam İnqilabı istiqlalsevərlik və ədalətsevərliyi, həmçinin hegemonçuluq və imperializmə qarşı mübarizəni azadlıqsevər və haqsevər cəmiyyətlərin həyatında cərəyana saldı və onların haqsıczlıq cəbhəsi üzərindəki qələbəsi barədəki ilahi vədi reallaşdırdı.

SABAH İRAN İSLAM RESPUBLİKASI GÜNÜDÜR

Şərhlər