Əbha neft anbarı Yəmənin atəşində yandı
Yəmənin Səudiyyə Ərəbistanının cənub bölgələrinə raket və PUA hücumları davam edir. Səudiyyə mənbələri bu hücumlar nəticəsində13 nəfərin yaralandığını və Əbha neft anbarında böyük yanğının baş verdiyini bildiriblər.
Səudiyyə mediasının məlumatına görə, bu gün səhər saatlarında bu ölkədə dəfələrlə təhlükə siqnalları səsləndirilib. Ardınca cənubdakı Əbha və Xəmis Müşait, eləcə də Tayif istiqamətinə bir neçə raket və PUA atılıb.Ölkənin cənubundakı Nəcran bölgəsində də ilk dəfə təhlükə siqnalı işə salınıb.Eyni zamanda, Səudiyyə mənbələri hücumlar nəticəsində 13 nəfərin yaralandığını və Əbha neft anbarının “böyük yanğın” içində yandığını bildiriblər.Yəmən Silahlı Qüvvələri xəbərdarlıq edib ki, Yəmənə qarşı təcavüz və blokada davam etdiyi müddətcə Səudiyyə Ərəbistanının dərinliklərinə hücumlar davam edəcək və hər hansı yeni təcavüz daha genişmiqyaslı və daha şiddətli əməliyyatla qarşılaşacaq.