Avq 29, 2020 09:41 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə İmam Hüseyn(ə) Tasua gecəsi əzadarlığı

İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində İmam Hüseyn(ə) Tasuası gecəsinin əzadarlıq mərasimi keçirilib.

Səhər Azəri bildirir ki, bu mərasimdə höccətulislam vəlmuslimin Rəfii bir çıxışda dəyişikliyin yaradılmasının ən əsas amilini «səyə əsaslanan əsl ümid» adlandırıb və «Allaha təvəkkül», «İlahi vədlərə yaxşı yanaşma», «özünün qüvvət, düşmənin isə zəif nöqtələrinə diqqət» və «ümidyaradıcı tarixi nümunələrdən ibrətgötürmə» kimi bir neçə ümid yaradan amilə işarə ilə deyib: Dəyişiklik yaradan amil olan ümid, Hüseyn karvanının hərəkəti anından Əhli-Beyt(ə)-ın Kərbəla hadisəsindən sonra Mədinəyə qayıdışı zamanınadək bu hərəkatın bütün detallarında, o cümlədən Həzrət Seyyiduşşuhəda(ə)-ın və onun səhabələrinin bəyanatları, xütbələri, görüşləri və meydanoxumalarında qabarıq və parlaq şəkildə özünü göstərir.

Bu mərasimdə həmçinin höccətulislam Mohsen Atəşkar mərsiyə oxuyaraq, müsibəti zikr edibdir.

Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-ın şəhadəti günlərinin əzadarlıq mərasimi Məhərrəm ayınınn yeddinci gecəsindən on ikinci gecəsinədək- altı gün müddətinə Tehranda yerləşən İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilməkdədir.

Teqlər

Şərhlər