Okt 16, 2020 09:27 Asia/Baku
  • 28 səfər münasibətilə başsağlığı veririk!

İslami İran əziz İslam Peyğəmbəri Həzrət Muhəmməd(s.ə.s)-in vəfatı və şiələrin ikinci imamı Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadətinin ildönümü günündə kədər və matəm içindədir.

SəhərAzəri xəbər verir, Bu gün, 28 səfər, əziz İslam Peyğəmbəri(s.ə.s)-in vəfatı və rəvayətə görə, şiələrin ikinci imamı Həzrət İmam Həsən Muctəba(ə)-ın şəhadətinin ildönümü günüdür.

Həzrət Muhəmməd(s.ə.s.) hicrətin 11-ci ilində vəfat etməzdən öncə, mehribanlıqla İslam əhkamı və Peyğəmbər şəriətinin əsaslarını/ bəyəniləsi formada, eyni zamanda mətanətlə və möhkəm şəkildə bəyan etdi və haqq olan dini maarifin yayılması və istiqamətləndirilməsi sahəsində mümkün olan ən yaxşı tərzdə səy göstərdi.

Otuz ilə yaxın möhtərəm atası, dünya şiələrinin birinci imamı, Həzrət Əli ibni Əbi Talib(ə) ilə yanaşı olmuş Həzrət İmam Həsən Muctəba(ə) da 50-ci hicri qəməri ilində, səfər ayının 28-də 47 yaşında ikən, Muaviyənin göstərişi ilə/ həyat yoldaşı tərəfindən zəhərləndirilərək, şəhid edildi.

İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı İslam Peyğəmbəri(s.ə.s)-in vəfatı və İmam Həsən(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə dünya müsəlmanlarına başsağlığı verir!

Teqlər

Şərhlər