Okt 16, 2020 21:40 Asia/Baku
  • İmam Rza(ə)-ın şəhadəti münasibətilə başsağlığı veririk

İslami İran Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günü gecəsində matəm içindədir.

SəhərAzəri xəbər verir, Sabah, səfər ayının 29-u, Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günüdür.

Həzrət İmam Rza(ə) 148-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açıb və 203-cü hicri qəməri ili səfər ayının sonuncu günündə şəhid olubdur.

Həzrət İmam Rza(ə)-ın həyatı və imamlığı dövrü xalqın paklıq Əhli-Beyti(ə)-a təmayülünün yüksəldiyi dövrə təsadüf edir.

Xalqın dünya şiələrinin səkkizinci imamı(ə)-a olan meylinin yüksəlməsilə Abbasi xəlifəsi Məmun fitnəkarlıqla o həzrəti zəhərləndirərək, şəhid etdi.

İslami İran xalqı hər il Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günü və gecəsində hüseyniyyələr, məscidlər və o həzrətin Məşhəd şəhərindəki pak ziyarətgahında olaraq, əzadarlıq edirdi. Bu il isə koronavirus pandemiyasına görə, bu mərasimlər virtual və uzaq məsafədən ziyarət formasında keçirilir.

İran İslam Respublikasının Teleradio Təşkilatı dünya şiələrinin səkkizinci imamı Həzrət İmam Rza(ə)-ın şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.

Teqlər

Şərhlər