May 17, 2020 08:39 Asia/Baku
  • Səudiyyə Ərəbistanı və Əmirliklər arasında münaqişə getdikcə artır

Əbyan vilayətinin şərqində yerləşən Əl-Şəqərə şəhərində Səudəyyə Ərəbistanın dəstəklədiyi Əbd Rəbə Mənsur Hadinin qüvvələri ilə Birləşmiş Ərəb Əmirliklərinə bağlı Keçid Şurasının ünsürləri arasında münaqişə intensivləşir.

SəhərAzəri-in Əl-Aləm telekanalına istinadən verdiyi məlumata görə, Əmirliklərin dəstəklədiyi Keçid Şurasının qüvvələrilə Ərəbistanın tərəfdarı olan Mənsur Hadi və Əl-İslah partiyasının qüvvələri arasında münaqişə və hərbi gərginliyin sayəsində Əbyan vilayəti Yəmənin cənubunda yeni toqquşma arenasına çevrilib. Görünən odur ki, qarşıdurmanın hər iki tərəfinin fikrincə Əbyan vilayətinin həlledici rolu vardır. Belə ki, Mənsur Hadı qüvvələrinin ona nəzarəti ələ keçirməsi Ədən şəhərinə yaxınlaşmaq deməkdir və keçid Şurası bu vilayətə hakimiyyətin gücləndirilməsini Ədənə hakim olmanın qarantı və öz təsir dairəsini genişləndirmək üçün bir müqəddimə hesab edir.

Yəmənin cənub hərəkatının rəhbərlərindən olan Səid Əl-Müsənni deyir: "Cənub vilayətlərində işğalçıların ünsürlərinin heç bir siyası qərarı yoxdur, odur ki, işğalçıların xüsusi planlarını həyata keçirirlər".

Müxbirin dediyinə görə, Səudiyyə Ərəbistanı və Əmirliklərin ardıcıl texnika və canlı qüvvə daşımaları və yeni koalisiyalar yaratmaq cəhdləri, o cümlədən Əmirliyə bağlı muzdluların bir qrupunun komandiri olan və Keçid Şurasının mövqelərini dəstəkləyən Tariq Əffaşın dedikləri və Mənsur Hadiyə qarşı Əbyan vilayətindən Əl-Məhra mühafizəsinə qədər müharibənin elan edilməsi Yəmənin cənubunda Ərəbistan və Əmirliklər arasında münaqişənin kəskinləşməsinin bariz nümunəsidir. Bu proseslərlə eyni zamanda Təiz vilayətindəki düşərgələrə hücum etmək və Şəbva vilayəti və Sokotra adasında vəziyyəti pik həddə çatdırmaq üçün bir sıra hərəkətlər həyata keçirilib.

Yəmənin Ali Siyasi Şurasının köməkçisi Əhməd Əl-Ceyşi isə deyir: "Səudiyyə Ərəbistanı və BƏƏ Yəmənin cənubunu parçalamaq məqsədilə bu bölgənin sərvətlərini və strateji mövqeyini bölməyə çalışırlar. Ərəbistan və Əmirliklər Yəmənin tam parçalanmasından aciz qaldıqları bir halda onun cənubunu parçalamağa cəhd göstərirlər".

Məlumatın davamında deyilir: Məqsədlərinə çatmaq üçün Yəmənin cənub vilyətlərində vəziyyəti partlamaq həddinə çatdırmaqla bağlı Ər-Riyad və Əbu-Dəbiyə qarşı ittihamların irəli sürülməsi davam edərkən, toqquşmaların şiddətlənməsi, çoxsaylı qüvvələr və cərəyanların iştirakı, humanitar vəziyyətin pisləşməsi və hər gün onlarla insanın həlak olması ilə nəticələnən ölümcül xəstəliklərin bu vilayətlərdə dəhşətli şəkildə yayılması vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olub.

Səudiyyə-Əmirliklər koalisiyasının Yəmənin cənubundakı hərəkətlərilə bağlı müxtəlif şərhlər vardır. Belə ki, vəziyyət hərbi münaqişənin genişlənməsi riskindən daha artıqdır və indi bu vilayətlərin parçalanma riski və bu ölkənin bütövlüyünün gələcəyi üçün ciddi təhlükə mövcuddur.

 

Teqlər

Şərhlər