Avq 08, 2020 14:23 Asia/Baku
  • Livanda xilasetmə əməliyyatlarına beynəlxalq dəstək davam edir

Çərşənbə axşamı Beyrutda baş vermiş partlayışların ardınca livana humanitar yardımların edilməsi üzrə beynəlxalq səylər davam edir.

SəhərAzəri bildirir ki, bu barədə Rasha Today öz tvitter səhifəsində məlumat yayıb. 

Beyrut limanı sükut və dağıntılar altında qərq olub. Cümə günü də dağıntılar altında daha 4 cəsəd aşkar edildi. Onlarla nəfər hələ də itkindir. 

Beyrut sakinlərindən biri deyir: Çərşənbə axşamı partlayışın baş verdiyi zamandan əmim oğlu və həyat yoldaşı yoxa çıxıblar. 

Bir başası isə deyir: Beyrut limanında, taxıl anbarında işləyən qardaşımdan 3 gündür ki, xəbər yoxdur. 

Dağıntılar beynəlxalq yardımlar hesabına təmizlənməkdədir. Avropa Birliyi təcili olaraq 33 milyon avro yardım ayırmaqla Livana dəstək verib. ABŞ da Livana 12 milyon avro yardım ayırıb. Paris də xilasedici dəstələr və həkim heyəti göndərməklə Livana yardım etməyə çalışıb. Almaniya və İtaliya da Livana yardım göndəriblər. İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından göndərilən yardımlar da Beyruta çatıb.  İtaliya Livana 8 ton dərman və tibb ləvazimatları göndərib. Rusiya Beyrutda səyyar xəstəxanalar təsis edib. 

Rusiyanın Fövqəladə Hallar Nazirliyindən Sergey Fiorentsov Raşa Tudey-ə müsahibəsində dedi: Təəssüflər olsun ki, dünən dağıntılar altından 3 nəfərin cəsədini aşkar etdik. Bu gün səhər saat 5:00-dan yenidən axtarış əməliyyatına başlamışıq. Səyyar xəstəxanalar səhər saat 8:00-dan axşam saat 21:00-a qədər xəstələri qəbul edirlər. Bu gün xəstələrdən 20-25 nəfərinin müalicə olunması nəzərdə tutulub. 

Fransız xilasedicilərdən olan Andro də deyir: Axtarışlar üçün iki əsas məntəqə mövcuddur. Biri partlayışın yaxınlığında yerləşən məntəqədir. Burada əsasən limanda işləyən işçilər olublar. İkinci məntəə isə partlayış nəticəsində ciddi dağıntılara məruz qalan şəhərin mərkəzi hissəsidir. 

Şəhərin mərkəzində xilasetmə və yardım əməliyyatı çox aktivdir. İnsanlar könüllü şəkildə şəhərin təmizlənməsi və insanlara yardımların edilməsində iştirak edirlər.

Gənc beyrutlu qız olan Rana Muqəddəz deyir: Deyəcək söz yoxdur. Sadəcə insanlara kömək etmək lazımdır. Şəhər sakinləri küçələrə çıxmalı və mümkün olduğu hər yolla şəhərin təmizlənməsinə dəstək verməlidirlər. Bir-birimizə kömək etdiyimiz zamana kimi yekdillik və həmrəylik də olacaq.

Həsən Əbu Nəsr aldı bir başqa Beyrut sakini isə deyir: Biz yaşlı və xəstə insanları gecəni keçirməyə yerləri olsun deyə viran olmuş evlərə göndəririk. Onlara öz evlərini təmizləməyə kömək edirik. 

Beyrutun dağıntılardan təmizlənməsi istiqamətində səylərin davam etdiyi bir vaxtda Livanın Ədliyyə Nazirliyi də hadisənin səbəblərinə aydınlıq gətirmək məqsədilə araşdırmalara başlayıb. 

Teqlər

Şərhlər