Avq 13, 2020 21:11 Asia/Baku
  • İraqın baş naziri növbədənkənar seçkilərin nəzərdə tutulmuş tarixdə keçirilməsi vacibliyini vurğulayıb

İraqın baş naziri deyib: "Bu ölkə hpkuməti bütün var-gücü ilə növbədənkənar parlament seşkilərinin təyin edilmiş tarixdə keçirilməsinə səy göstərəcək.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, İraqın baş naziri Mustafa Əl-Kazimi Müstəqil bu gün Ali Seçki Komissiyası Şurasının sədri və üzvləri, İraqın Təhlükəsizlik Qüvvələrinin komandanları və nazirlər ilə keçirdiyi görüşdə vurğulayıb: "İraqın baş naziri vəzifəsini qəbul edərkən, siyasi qruplara verdiyi vədlərə əsasən, növbədənkənar parlament seçkilərinin keçirilməsinə öhdəliklidir".

Əl-Kazimi seçki komissiyasını seçki prosesinə hazırlıq işlərini başa çatdırmaq üçün səylərini artırmağa çağırıb. İraqın baş naziri Mustafa Əl-Kazimi keçid hökuməti olaraq, keçirilməsini borclarından biri hesab etdiyi növbədənkənar seçkilərin tarixini 2021-ci il iyunun 6-ı elan edib.

İraqda son parlament seçkiləri 2018-ci il may ayının 12-də keçirilib.

Teqlər

Şərhlər