Avq 16, 2020 13:09 Asia/Baku
  • Küveyt İsrail ilə əlaqələrə qarşı çıxdı

Küveyt sionist İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasına dair mövqeyinin dəyişmədiyini və bu rejim ilə diplomatik əlaqə quracaq son ölkə olduğunu bildirib.

Səhər Azəri bildirir ki, bu barədə Küveyt hökuməti Birləşmiş Ərəb Əmirliklərinin İsraili tanımaq qərarının ardınca açıqlama verib. 

Bu məlumata görə, Küveyt hökuməti İsrailin tanınmasına qarşı olduğunu və mövqeyinin dəyişməz olaraq qalacağını vurğulayıb. 

Küveyt hökuməti Fələstin məsələsinin Ərəb dünyasının bir nömrəli məsələsi olduğunu, Fələstin xalqını daim müdafiə edəcəyini və onlara dəstək verəcəyini bildirərək, Fələstin məsələsi üçün yeganə həll yolunun fələstinlilərin qəbul edəcəkləri həll yolu olduğunu qeyd edib. 

Birləşmiş Ərəb Əmirlikləri ötən həftə İsrail ilə diplomatik əlaqələr qurmaq qərarına gəldiyini açıqladı. BƏƏ İsraili rəsmən tanıyan ilk Ərəb dövlətidir.

Teqlər

Şərhlər