Avq 21, 2020 16:59 Asia/Baku
  • Seyid Həsən Nəsrullah: “Sionist rejim bölgədəki ən vacib təhdiddir”

Məhərrəmliyin ongünlüyünün ilk gecəsində Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Qüdsdəki işğalçı rejimi Qərbi Asiya bölgəsində ən böyük təhlükə adlandırıb və bəzən qəsbkar rejimin mahiyyəti ilə ABŞ-ın təbiətini ayırd etməyin çətin olduğunu vurğulayaraq, belə deyib: “İkisi müəyyən məqsədə çatmaq istiqamətində irəliləyir”.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, Hizbullahın baş katibi müsəlmanları və Livan xalqını tarixi dəqiq və səthi düşüncədən uzaq bir şəkildə oxumağa dəvət edib, tarixi düzgün oxumamağın anlaşılmazlığa səbəb olacağını söyləyib və sionist rejimin necə qurulduğunu izah edib.

Seyid Həsən Nəsrullah sionist düşmənlə üzləşmək üçün Fələstinin tarixini və tarixi Fələstin torpağına ayaq basan təcavüzkarların tarixini bilməyin vacib olduğunu bildirib: “Bu xərçənglə, sionist rejimlə necə mübarizə aparacağını bilmək üçün Fələstinin yüzlərlə illik tarixini bilməlisiniz və onların güclü və zəif tərəflərini bilməlisiniz. Onlar (sionistlər) dağıdıcı işğal planlarını din bayrağı altında həyata keçirdilər”.

Seyid Həsən Nəsrullah BƏƏ ilə sionist rejim arasında normallaşma sazişinin elan edilməsinin və bölgədə təzyiq və mühasirənin həyata keçirilməsinin məqsədinin Fələstin xalqının sionistlərin tələblərinə tabe olmaları olduğunu söyləyib: “Bəzi ərəblər sionistlərin Fələstində dini haqqı olduğuna inanırlar, lakin onlarındaha çox seçimləri var idi və onlar Uqanda ilə Argentinada bir ölkə qura bilərdilər ki, bunu yalnız Fələstində etdilər. Bu da bunun sırf siyasi məsələ olduğunu göstərir”.

Hizbullahın lideri bəşər tarixində köləliyin ən pis formasının hal-hazırda Amerika Birləşmiş Ştatlarının olduğu yerdə qeydə alındığını bildirib.

“Əslində, ABŞ vəhşi və irqçi bir ölkədir. İnsan hüquqlarını tanımasını və ya hörmət etməsini və bizə insan hüquqları dərsləri verməsini gözləmirik”, - deyə Seyid Həsən Nəsrullah bildirib.

Hizbullahın baş katibi, həmçinin Britaniya hökumətini sionistlərin xidmətçisi adlandırıb və Britaniya hökumətinin sionistlərin müstəmləkə məqsədlərinə çatmaqda qərarlı olduğunu bildirib.

Seyid Həsən Nəsrullah Məkkənin fəth olunması hekayəsinə toxunaraq deyib ki, Məkkənin fəth olunduğu gündə Peyğəmbər (s) böyük əxlaqı ilə müxaliflərə və müşriklərə “Gedin, siz azad oldunuz” dedi. Ancaq bu insanların (Tuləqa) övladları daha sonra Kərbəladakı tənha nəvəsini mühasirəyə aldılar və təhdid etdilər.

Seyid Həsən Nəsrullah Kərbəla dastanını dərk edənlərin bu gün bizim üçün nümunə olduqlarını söyləyərək belə deyib: “Çətin günlərdə səbirli olmaq və hadisələrdən qorxmamaq bizim üçün yaxşı bir nümunədir. Tariximiz nəcib və görkəmli şəxsiyyətlərlə və həyatda öyrənə biləcəyimiz və nümunərlərlə doludur”.

Hizbullahın baş katibi koronavirus epidemiyasının ölkədəki vəziyyəti ilə əlqədar olaraq, əvvəlki illərdə olduğu kimi yas mərasimlərinin keçirilməsinin mümkünsüzlüyünə toxunaraq, şiələri gigiyena qaydalarına əməl etməyə və Məhərrəmliyə diqqətlə yanaşmağa çağırıb.

Teqlər

Şərhlər