Sen 12, 2020 19:33 Asia/Baku
  • Netanyahu işğal edilmiş Fələstinin qanunsuz sakinlərinin etirazları ilə üzləşib

Ərəb rejimlərinin İsrail ilə diplomatik əlaqələr qurmaq üçün qollarını çırmaladıqları bir vaxtda işğal edilmiş Fələstinin qanunsuz sakinləri bu məsələyə nikbin yanaşmırlar.

Səhər Azəri bildirir ki, Bəhreyn xalqının müxalifətlərinə rəğmən bu ölkə kralının İsrail ilə diplomatik əlaqələrin qurulması üçün canfəşanlıq etdiyi bir halda, Fələstinin qanunsuz sakinləri buna nikbin yanaşmırlar. 

Əl-Minar kanalının bildirdiyinə görə sionist qəsəbə sakinləri Bəhreyn ilə diplomatik əlaqələrin qurulmasına dair anlaşmanı imzalamaq üçün səfərə hazırlaşan İsrailin baş naziri Benyamin Netanyahunun təyyarəyə minməsinə mane olublar. 

Sionistlər bunu İsrailin pullarını boş yerə sərf etmək hesab edirlər. 

Gözlənildiyi kimi Birləşmiş Ərəb Əmirliklərinin ardınca, çox keçməmiş Bəhreyn də İsrail ilə diplomatik əlaqələrin qurulması qərarını açıqladı. 

Teqlər

Şərhlər