Sen 14, 2020 20:28 Asia/Baku
  • Əbdülmalik Əl-Husi: İslam Dünyasının bəzi problemləri daxilidir

Ənsarullahın baş katibi İslam Dünyasının hazırkı problemlərinin bəzisinin daxili məsələlərdən qaynaqlandığını deyib.

Səhər Azəri bildirir ki, Əbdülmalik Bədrəddin Əl-Husi bu sözləri Zeyd bin Əlinin(ə) şəhadətinin ildönümü münasibətilə etdiyi çıxışda deyib. 

Əbdülmalik Əl-Husi deyib: Keçmiş hadisələrin günümüzdə cərəyan edən hadisələr ilə əlaqəsi inkaredilməzdir. Bu gün baş verən hadisələr tarixi hadisələrin nəticəsidir. İslam Ümmətinin bu gün şahid olduqları, onun keçmişi ilə birbaşa bağlıdır. Buna görə də İslam Ümməti əgər hazırkı vəziyyətə düzəliş etmək istəyirsə, keçmişini daha yaxşı öyrənməlidir. Keçmişdə yol verilmiş səhvləri dərk etməli və onların təkrarlanmasının qarşısını almalıdır. Biz, öz tariximizdən dərs almalı, ibrət götürməliyik. Bu, bizim ehtiyacımızdır. 

Teqlər

Şərhlər