Sen 16, 2020 07:55 Asia/Baku
  • Fələstinlilər geniş aksiya keçiriblər

Fələstin xalqı geniş bir aksiya keçirərək, Bəhreyn və əmirliklər hökumətlərinin sionist rejimlə xəyanətkarcasına sazişlərini pisləyibdir.

SəhərAzəri xəbər verir, Əllərində Bəhreyn və əmirliklərin sionist rejimlə son sazişlərini pisləyən plakatlar tutan fələstinli aksiyaçılar Tulkərm, Əlxəlil, Nablus və Ramullahda, həmçinin Fələstinin bir çox digər bölgəsində ərəb ölkələrinin işğalçı sionist rejimlə münasibətlərini adiləşdirilmələrini Fələstin xalqına arxadan vurulan xəncər və işğalçılığın davam etməsinə yaşıl işıq adlandırıblar.

Bəhreyn və əmirliklərin sionist rejimlə münasibətlərini adiləşdirmələrinə qarşı xalq etirazları Bəhreynin bəzi bölgələrində də keçirilib.

Fələstinli Əlşəəb partiyasının siyasi bürosu Bəhreyn və əmirliklərin sionist rejimlə münasibətlərini adiləşdirmələrinə etiraz əlaməti olaraq, çərşənbə axşamı gününü «hiddət günü» elan edibdir.

Teqlər

Şərhlər