Sen 17, 2020 08:33 Asia/Baku
  • Suriya Trampın Bəşşar Əsədin terroru ilə bağlı sözlərinə reaksiya verib

Suriyanın Xarici İşlər Nazirliyi qeyd edib ki, ABŞ prezidentinin Suriya pezidenti Bəşşar Əsədin terror edilməsinə dair qərarı etirfat etməsi göstərir ki, bu ölkə məqsədlərinə çatmaq üçün elə həmin terrorçuların metodlarından istifadə edir".

SəhərAzəri xəbər verir, ABŞ prezidenti Donald Tramp cari həftədə "Fox News"-a verdiyi müsahibədə, Suriya prezidenti Bəşşar Əsədi terror etmək niyyətində olduğunu, Lakin ABŞ-ın sabiq müdafiə naziri Ceyms Mettisin buna mane olduğunu açıqlayıb.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, bu ölkənin Xarici İşlər Nazirliyi dünən Trampın sözlərinə reaksiya olaraq, deyib: "ABŞ-prezidentinin müstəqil bir ölkə prezidentinə sui-qəsd qərarını etiraf etməsi bir daha bu məsələni vurğulayır ki, ABŞ hökuməti azğın və qanundan kənar bir hökumətdir və bölgədəki maraqlarına çatmaq üçün terrorçu təşkilatların qətl və terror metodlarını eyni şəkildə və qanuni, insani və əxlaqi qaydaları nəzərə almadan tətbiq edir.

Teqlər

Şərhlər