Sen 17, 2020 14:56 Asia/Baku
  • İslam üləması sionist rejimlə münasibətləri normallaşdırmanı qınayıblar

İslam ölkələrinin xalqı və üləması sionist rejimlə münasibətlərin normallaşdırılmasını qınayaraq, bu hərəkəti dünya müsəlmanlarına xəyanət kimi dəyərləndiriblər.

SəhərAzəri xəbər verir, onlarla bəhreynli ruhani bu gün bir bəyanatda, sionist rejimlə münasibətlərin normallaşdırılmasına qarşı çıxaraq, Fələstin xalqını və onların torpaqlarını geri almaq və bütün hüquqlarını təmin etməsini dəstəklədiklərini bildirblər.

Bəhreynli ruhanilər vurğulayıblar: "Qüds müsəlmanlara aiddir və onun torpağından hətta bir qarışın belə yəhudiləşdirilməsi yolverilməzdir və heç kəsin müsəlmanların üsul və amallarına təcavüz etmək hüququ yoxdur.

"Yəmənin Üləmalar Birliyi" də məlum normallaşdırmanı qınayaraq, bu razılaşmanı İslam ümmətinə xəyanət kimi xarakterizə edib.

"Yəmənin Üləmalar Birliyi" qeyd edib ki, sionist rejimlə münasibətlərin normallaşdırılmasını əsaslandırmaq cəhdləri bu hərəkətin ardınca olanların cahillik, axmaqlıq və alçaqlığının göstəricisidir.

"İraq Fiqh Cəmiyyəti" də bir bəyanatda, cinayətkar rejimlə münasibətlərin adiləşdirilməsinin düşmənin xeyrinə olduğunu və onların maraqlarının müsəlmanların maraqlarından üstün tutulmasına səbəb olacağını bəyan edib.

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn sionist rejimlə əlaqələri normallaşdırmağa dair razılaşmanı açıqladıqdan sonra dünən gecə Ağ Evdə ABŞ prezidenti donald Tramp və sionist rejimin baş naziri Benyamin Netanyahunun iştirakı ilə məlum razılaşmanı imzalayıblar. 

Teqlər

Şərhlər