Sen 18, 2020 10:58 Asia/Baku
  • Təl-Əvivdə Netanyahuya qarşı geniş aksiya keçirilib

Minlərlə nəfər sionist rejimin baş nazirinin korrupsiyası, eləcə də koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətinə etiraz olaraq, Təl-Əviv küçələrinə çıxıb.

SəhərAzəri xəbər verir, Aksiyaçılar həmçinin Benyamin Netanyahunun Təl-Əvivdə üçhəftəlik koronavirus məhdudiyyətlərinin tətbiq edilməsinə dair qərarına etiraz ediblər.

Netanyahunun korrupsiyasına etiraz edən aksiyaçılar sionist rejimin baş nazirinin istefa verməsini tələb ediblər.

Davamlı etirazlar gedişində etirazçılar şüarlar verərək, bu rejim başçılarının koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətlərinə qarşı öz hiddətlərini ifadə və Netanyahunun istefa verməsini tələb ediblər.

Qəsb edilmiş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyası, eləcə də onun koronavirusla mübarizə sahəsindəki zəif fəaliyyətinə qarşı aksiyaların şahidi olublar.

Teqlər

Şərhlər