Sen 18, 2020 23:07 Asia/Baku
  • “Bağdadda səfirlik açmağı heç düşünmə!”

İraqın Sədr hərəkatının lideri sionist baş nazirinə Bağdadda səfirlik açmağı düşünməməsi barədə xəbərdarlıq etdi.

SəhərAzəri xəbər verir,İraqın Sədr hərəkatının lideri Müqtəda əs-Sədr bu gün cümə namazı xütbəsində oxuduğu bir bəyanatda sionist rejimin Baş naziri Benyamin Netanyahuya xəbərdarlıq etdi.
Bu bəyanatın mətnində deyilir: Allahın bəndəsi Müqtəda əs-Sədrdən Allahın düşməni Benyamin Netanyahuya; günahsızların ölkəsi olan İraqa girməyiniz və Bağdadda səfirlik açmağı düşünməyiniz barədə xəbərdarlıq edirəm; Çünki bu hərəkət Quran ayələrinə görə sonunuza səbəb olacağ.

Teqlər

Şərhlər