Sen 20, 2020 12:52 Asia/Baku
  • Bəhreyn xalqı sionist rejim ilə diplomatik əlaqələrə etiraz olaraq aksiya keçirib

Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin ölkəyə, xalqa və Fələstinə xəyanət etməsinə, Təl-Əviv ilə əlaqələrini aşkar müstəviyə çıxartmasına etiraz olaraq aksiya keçiriblər.

Səhər Azəri bildirir ki, Bəhreyn xalqı ardıcıl olaraq doqquz gündür ki, Manama başçılarının sionist İsrail rejimi ilə gizli əlaqələrini rəsmiləşdirmək qərarına etiraz olaraq ölkə səviyyəsində aksiyalar təşkil edir. 

Etiraz aksiyasında iştirak edənlər əllərində Fələstin bayraqlarını daşıyaraq Qüdsü işğal etmişrejim ilə diplomatik əlaqələrin qurulmasını qınayıblar. 

Bəhreynlilər əllərində üzərinə "İsrail xərçəng şişidir, kökünü kəsmk lazımdır" kimi şüarlar yazılmış plakatlar daşıyaraq, qanunsuz rejim ilə diplomatik əlaqələrin qurulmasına etiraz ediblər. 

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn işğalçı İsrail rejimi ilə diplomatik əlaqələrin qurulmasına dair qərarlarını açıqladıqdan sonra çərşənbə axşamı Ağ Evdə ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun iştirak etdiyi mərasimdə Təl-Əviv ilə diplomatik əlaqələrin qurulmasına dair müqavilə imzalayıblar. 

BƏƏ və Bəhreynin bu hərəkəti Ərəb və İslam Dünyasında geniş etirazlara səbəb olub. 

Teqlər

Şərhlər