Sen 21, 2020 13:32 Asia/Baku

Minlərlə israilli istefa tələbi ilə Netanyahunun iqamətgahı önündə aksiya keçirib.

Səhər Azəri bildirir ki, İsraildə koronavirus pandmeiyası ilə mübarizə çərçivəsində məhdudiyyətlərin tətbiq edilməsinə rəğmən minlərlə nəfər artıq 13-cü həftədir ki, küçələrə axın edərək, baş nazir Bemnyamin Netanyahunun iqamətgahı önündə aksiya keçirib, istefa verməsini tələb edir. 

İctimai hərəkatlarla bağlı informasiyalar yaymaqla məşğul olan "Anonyme Citoyen" qrupu Tvitter hesabında yazır: Aksiya iştirakçıları Netanyahunu  "COVİD-19" virusunun önlənilməsi istiqamətində və koronavirus pandemiyası ilə mübarizədə səhlənkarlığa yol verməkdə ittiham edirlər. Onlar həmçinin, korrupsiya işi ilə əlaqədar baş nazirin istefa verməsini istəyirlər. 

 

Teqlər

Şərhlər