Noy 07, 2020 17:51 Asia/Baku

İordaniyanın Xarici İşlər Nazirliyi Sionist rejiminin İordan vadisindəki fələstinlilərin evlərini dağıtmaqdakı hərəkətini qınayıb və sionist rejimə təzyiq edilməsi üçün müraciət edib.

SəhərAzəri Farsnews xəbər agentliyinin məlumatına istinadən xəbər verir, nazirliyin sözçüsü Zaifullah Əl-Fayez dünən (6 noyabr) axşam verdiyi bəyanatında, İordan çayının qərb sahilinin şimal-şərq hissəsindəki Homs Əl-Baqiya bölgəsindəki fələstinlilərin evlərinin sökülməsini qınayıb: “Sökülmə, sakinlərin boşaldılması və torpaq sahələrinin müsadirə edilməsi beynəlxalq hüquqa ziddir və insan hüquqları qanunu ilə Təl-Əvivin işğal olunmuş Fələstin ərazilərindəki öhdəliklərini açıq şəkildə pozur”.

Zaifullah Əl-Fayez daha sonra İsrail rejiminin Fələstin torpaqlarının ilhaqı (işğalı), müsadirə edilməsi, yaşayış evlərinin inşası və fələstinlilərin məcburi köçürülməsi də daxil olmaqla məskunlaşma siyasətinin BMT qətnamələri və beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

O, həmçinin beynəlxalq ictimaiyyəti Təl-Əvivə sülh səylərinə xələl gətirən qanunsuz hərəkətlərə son qoymaq üçün təzyiq göstərmək üçün qətiyyətli addımlar atmağa çağırıb.

Teqlər

Şərhlər