Noy 15, 2020 15:32 Asia/Baku
  • Müqavimət azadlıq üçün hər zamankindən daha hazırdır

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) vurğulayıb ki, Müqavimət Fələstini azad etmək üçün hər zamankindən daha hazırdır.

SəhərAzəri xəbər verir, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Qəzza müharibəsinin səkkizinci ildönümü və Əl-Qəssam briqadaları komandirlərindən Əhməd Əl-Cəbrinin öldürülməsi ilə əlaqədar verdiyi açıqlamasında müqavimətin Fələstini azad etmək üçün hər zamankindən daha hazır olduğunu vurğulayaraq deyib: "Səkkiz il əvvəl Təl-Əvivi hədəfə alan müqavimət bu gün daha da gücləndi və torpaqları azad etmək yolunu davam etdirmək üçün daha hazır və israrlıdır və işğal edilən bütün torpaqları azad etmək və işğalçını bütün Fələstindən qovmaq məqsədindən heç vaxt geri çəkilməyəcək".

HƏMAS milli birliyin strateji seçim olduğunu və müxtəlif cəbhələrdə qurtuluş döyüşündə birlik bərpa olunana qədər dincəlməyəcəyini bildirib.

HƏMAS işğalçı rejimin həbsxanalarındakı qəhrəman məhbusları da salamlayıb və müqavimətin onların azadlığa buraxılması mövzusundakı qətiyyətini bir daha vurğulayıb. 

Teqlər

Şərhlər