Noy 18, 2020 11:38 Asia/Baku

İraq parlamentinin "Fəth" koalisiyası nümayəndəsi Fazil Cabir ölkədəki ABŞ hərbi qüvvələri ilə bağlı açıqlama verib.

SəhərAzəri Eastnews-a istinadən xəbər verir ki, Fazil Cabir açıqlamasında bildirib ki, İraqın Kürd Regionu də daxil olmaqla bütün ərazilərdəki ABŞ hərbi qüvvələri parlamentin qərarına uyğun olaraq ölkəni tərk etməlidirlər.   "Onlara bütün xəbərdarlıqlar edilib. Bu günə qədər ölkədəki büdcə və digər məsələlər İraq parlamentinin gündəmini məşğul edib. Lakin artıq bu məsələ gündəmimizdə daha çox olacaq", - deyə deputat qeyd edib.   O diqqətə çatdırıb ki, İraqda terror aktları törədən və ölkə suverenliyinə təhdid olan ABŞ hərbi qüvvələrinə qarşı dözümlü olmaq mənasızdır. 

Teqlər

Şərhlər