Noy 21, 2020 10:20 Asia/Baku
  • Ermənistana yeni müdafiə naziri təyin edilib

Vaqarşak Arutyunyan Ermənistanın yeni müdafiə naziri təyin edilib.

SəhərAzəri xəbər verir, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın istefa verməsindən sonra baş nazir Nikol Paşinyanın baş müşaviri və 1999-2000-ci  illərdə Ermənistanın müdafiə naziri olmuş Vaqarşak Arutyunyan bu ölkənin yeni müdafiə naziri təyin edilib.

Ermənistan prezidenti cümə günü baş nazir Nikol Paşinyanın David Tonoyanı vəzifəsindən azad etdiyini bildirib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan da vəzifəsindən istefa verib.

Ermənistanın müdafiə nazirinin kənarlaşdırılması, Rusiya və Azərbacan Respublikası prezidentləri ilə Ermənistanın baş naziri arasında əldə edilən üç tərəfli bəyanata əsasən, Ermənistanın nəzarətindəki ərazilərin bir hissəsinin Azərbaycan Respublikasına təhvil verilməsinin ilk mərhələsinə təsadüf edib.

Qeyd edək ki, 10 noyabrda Azərbaycan Respublikası və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə Qarabağda müharibəyə son qoymaq barədə razılıq əldə edilib. Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının prezidenti Vladimir Putin, bu razılaşmada Qarabağ münaqişəsi bölgəsində tam atəşkəslə bağlı razılığa gəliblər.

Teqlər

Şərhlər