Noy 21, 2020 18:59 Asia/Baku
  • Rusiya ilə Ermənistan rəsmilərinin görüşlərində Qarabağ məsələsi və ikitərəfli əlaqələr diqqət mərkəzindədir

Ermənistanın baş naziri və Rusiyanın xarici işlər naziri İrəvanda keçirilən bir görüşdə Qarabağ məsələsi və ikitərəfli münasibətləri müzakirə ediblər.

SəhərAzəri xəbər verir, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə keçirilən görüşdə iki ölkə arasındakı əməkdaşlıqların genişləndirilməsi vacibliyini vurğulayıb və Qarabağ Müharibəsindən sonra Moskva ilə İrəvan arasında strateji əlaqələrin inkişafının vacib olduğunu bildirib.

"İran Press" xəbər agentliyinin məlumatına görə, Nikol Paşinyan iki ölkə arasındakı strateji əlaqələrə yenidən baxılması vacibliyini vurğulayıb.

Rusiyanın xarici işlər naziri də bu görüşdə, qeyd edib ki, Dağlıq Qarabağda atəşkəslə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış bəyanatı şübhə alına almaq cəhdləri qəbuledilməzdir".

Sergey Lavrov əlavə edib: "Rusiya Qarabağda humanitar problemlərin və qaçqınlar məsələsinin həllinə sadiqdir".

Rusiya xarici işlər naziri Dağlıq Qarabağ müharibəsini müzakirə etmək üçün Ermənistan prezidenti Armen Sarkisyanla da görüşüb.

Sergey Lavrov, həmçinin Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan ilə görüşüb.

Bu görüşdən əvvəl də Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşərək, Qarabağın ətrafındakı son hadisələr və iki ölkə arasındakı əməkdaşlığın inkişafını imüzakirə ediblər.

Teqlər

Şərhlər