Jul 01, 2018 18:56 Asia/Baku
  • Türkiyənin hücumunda PKK üzvləri məhv edilib
    Türkiyənin hücumunda PKK üzvləri məhv edilib

Türkiyə ordusu İraqın şimalı və Türkiyənin cənub şərq ərazilərində həyata keçirilmiş hava hücumlarında kürd yaraqlılardan ibarət PKK üzvlərindən 8 nəfərin öldürüldüyünü bildirib.

Röytersin verdiyi məlumata görə, Türkiyə ordusu bu gün bildirib ki, İraqın şimalında Zap bölgəsi və Türkiyənin cənub şərqində Şırnak və Van vilayətlərində həyata keçirilən hava hücumlarında 8 PKK-çı məhv edilib. 

İraqın şimalında Avaşin və Basian bölgələrinə hücumlarda da PKK-nın başqa 4 üzvü öldürülüb. 

Türkiyə ordusu İraqın şimalında xüsusiylə Qəndildə yerləşən PKK-çılara qarşı hücumlarını gücləndirib. 

Türkiyə ordusunun yaraqlı PKK-çılara qarşı mübarizəsində indiyədək 600  ordu əsgəri və 7 mindən çox PKK-çı ölüb. 

Teqlər

Şərhlər